23-25 iyun tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Dünya Qoçyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının təşkil etdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunmuş Açıq Beynəlxalq Seminar və nümunəvi çıxışların yarışı keçiriləcək.
Seminarı Dünya Qoçyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının (İOGKF) baş təlimatçısı Sensey Nakamura Tetsiji və onun assistenti BJKKF, AQOKKNF-nın prezidenti, İOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar bədən tərbiyəsi idman xadimi, Beynəlxalq Kempo-Karate Federasiyasının vitse-prezidenti Allahverdiyev Tarıverdi Əlfan oğlu aparacaq.