İngiltərə Premyer Liqasında başa çatmaqda olan 2014/2015 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard Peşəkar Futbol Assosiasiyasının keçirdiyi sorğuda bütün rəqiblərini qabaqlayıb.24 yaşlı futbolçu cari mövsüm keçirdiyi 33 oyunda 13 qol vurub, 9 məhsuldar ötürmə verib.
"Tottenhem"in hücumçusu Hari Keyn isə Premyer Liqanın ən yaxşı gənc futbolçusu seçilib. O, keçirdiyi 30 görüşdə 20 dəfə rəqib qapılarına yol tapıb.