Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb backend

Beynəlxalq Cüdo Federasiyası fevral ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahını Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu saymaq olar.

Belə ki, Hacıağa Hacıəhmədovun yetirmələrindən 5-i ilk “onluq”da yerlərini qoruyublar. Təmsilçilərimizdən yenə ən yaxşı göstərici dünya çempionu Elxan Məmmədova (100 kq) məxsusdu. O, öz çəkisində 4-cü yerdədi.
“Onluq”da mövqeyini qoruyan Orxan Səfərov (60 kq) 5-ci, Elmar Qasımov (100 kq) 6-cı, İlqar Müşkiyevlə (60 kq) Rüstəm Orucov (73 kq) 10-cudu.
Yığmamızın digər cüdoçularına gəlincə, Tərlan Kərimov (66 kq) 37-ci, Şahin Qəhrəmanov (90 kq) 30-cu, Uşanqi Kokauri (+100 kq) 38-ci və Kifayət Qasımova (57 kq) 25-ci pillədə qalıblar.
Cüdoçularımızdan Nicat Şixəlizadə (66 kq) 1 pillə irəlilədiyi halda, Məhəmmədəli Mehdiyev 2, Tural Səfquliyev (hər ikisi 81 kq) 9 rəqibini özündən irəli buraxıb. Onlar müvafiq olaraq, 11-ci, 52-ci və 72-ci yerləri tuturlar.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.
Diaspora