Prosineçki “Bursaspor“la razılığa gəldi - 2 illik müqavilə bağlayırlar

Prosineçki “Bursaspor“la razılığa gəldi - 2 illik müqavilə bağlayırlar backend

"Bursaspor" millimizin baş məşqçisi Robert Prosineçki ilə razılığa gəlib.

Qol.az-ın "Ajansspor"a istinadən yaydığı xəbərə görə, klub prezidenti Ali Ayın rəhbərliyi altında həyata keçirilən danışıqlar nəticəsində tərəflər arasında 2 illik ilkin razılaşma əldə olunub.

Xəbərdə Prosineçkinin meneceri Yaşar Çalışırla birgə Bakıda AFFA rəhbərliyi ilə görüşdüyü bildirilib. Görüş zamanı AFFA ona yeni müqavilə təklif etsə də, Prosineçki qərarını verdiyini və "Bursaspor"da çalışmaq istədiyini açıq şəkildə söyləyib.

Xəbərdə Prosineçkinin sabah AFFA ilə ilin sonunadək olan müqaviləni ləğv edəcəyi və daha sonra Türkiyəyə getməyi planlaşdırdığı iddia edilib.
Diaspora