"Çox gözəl oyun alındı. "Qarabağ" bu gün üstünlüyünü bir daha göstərdi və hər kəsə sübut etdi ki, Azərbaycanın ən böyük klubudur. "Qarabağ" həm də ölkəmizi Avropada layiqli təmsil edə biləcək klubdur".
Bu sözləri Qol.Az-a "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasının 31-ci turunda "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.O, "Qəbələ" ilə səfər oyununda Azərbaycanda olmayacağını və bu səbəbdən qarşılaşmanı izləyə bilməcəyini vurğulayıb. T.Gözəl kubokda "Neftçi" ilə final oyununa kimi Azərbaycana qayıdacağını və matç zamanı stadionda olacağını söyləyib:
"Hər kəsi bu oyuna dəvət edirəm".
T.Gözəl onu da qeyd edib ki, hələ çempion olduqlarını demək düzgün deyil: "Çünki qarşıda beş oyunumuz var. Futbolda hər şey ola bilər".