"Real" baş məşqçisi Zinəddin Zidanla müqavilənin müddətini uzatmağa hazırlaşır.
Qol.az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, Madrid klubu fransalı mütəxəssisə 3 illik müqavilə təklif edəcək. O, bu müqaviləni qəbul edəcəyi təqdirdə, maaşı artırılacaq.Qeyd edək ki, Z.Zidan 2016-cı ildən "Real"ı çalışdırır. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2017/2018 mövsümünü sonu başa çatır.
Əlavə edək ki, Z.Zidan son mövsüm komandası ilə La Liqa və Çempionlar Liqasının kubokunu qazanıb.