Şənbə günü axşam İtaliyanın Turin şəhərinin mərkəzi meydanında futbol üzrə Çempionlar Liqasının final oyununun kütləvi seyri zamanı 1000-dən çox insan xəsarət alıb.
Qaziler.az Report-a istinadən xəbər verir ki, insanlar təşvişdən yaranan basabas nəticəsində xəsarət alıblar.Meydanda yerli “Yuventus”la Madridin “Real” klubu arasında final oynunun canlı yayımını təqribən 30 min insan izləyib. İnsident matçın 64-cü dəqiqəsində, “Real”ın “Yuventus”a vurduğu 3-cü qoldan sonra qeydə alınıb. Xaos hələ də məlum olmayan səbəbdən yaranıb.