"Barselona"nın futbolçusu Arda Turanın satış qiyməti müəyyənləşib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu 30 yaşlı yarımmüdafiəçiyə 41 milyon avro qiymət qoyub.Xəbərdə o da bildirilib ki, A.Turanı "Arsenal" transfer etmək istəyir. Türk oyunçunun Londonda artıq özünə villa aldığı da iddia edilib.
Qeyd edək ki, A.Turan ötən mövsüm 26 matçda 11 qol vurub, 4 qolun ötürməsini verib.