Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Namiq Ələsgərov yenidən Almaniyada fizioterapiya kursu keçəcək.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Avro-2016"nın seçmə mərhələsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda millimizin Malta ilə baş tutan oyununda zədələnən Namiq Ələsgərov daha öncə Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunub və ilkin fizioterapiya kursunu keçib.Gənc futbolçunun 4-6 həftə sonra Almaniyada növbəti fizioterapiya kursu olacaq.
Qeyd edək ki, Namiq Ələsgərovun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.