Arda Turanın "Barselona"dan göndəriləcəyi haqda iddialar artır.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın satışa çıxarılan yeni formalarında türkiyəli yarımmüdafiəçinin adı yoxdur.Qeyd edək ki, İspaniya mətbuatı "Barsa"nın yeni baş məşqçisi Ernesto Valverdenin komandadan göndərilməsini istədiyi futbolçuların siyahısında Arda Turanın da olduğunu yazıb. Xəbərdə Ardanın Çin klublarının birinə satılacağı qeyd olunub.