Avropa Liqası: yarımfinal cütlükləri müəyyənləşdi

Avropa Liqası: yarımfinal cütlükləri müəyyənləşdi backend

Bu gün Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında da yarımfinal mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayan tədbirdə yarımfinalın cütlükləri müəyyənləşib.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" yarımfinalda "Napoli" ilə qarşılaşacaq. Digər oyunda isə Avropa Liqasının son qalibi "Sevilya" "Fiorentina" ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları 7 may, cavab qarşılaşmaları isə 14 may tarixində keçiriləcək.

Püşkə əsasən "Napoli" - "Dnepr" cütünün qalibi Polşada keçiriləcək final matçında nominal ev sahibi olacaq.



Yarımfinal mərhələsinin cütlükləri:

"Napoli" (İtaliya) - "Dnepr" (Ukrayna)

"Sevilya" (İspaniya) - "Fiorentina" (İtaliya)
Diaspora