FİFA prezidentliyinə 4 nəfər rəsmi namizədliyini irəli sürüb. Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Bunlar FİFA-nın hazırkı prezidenti Yozef Blatterlə yanaşı, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Niderland Futbol Federasiyasının prezidenti Mixael van Haaq və Portuqaliya futbolunun canlı əfsanəsi Luiş Fiqudur.Seçki Komitəsi namizədlərin sənədlərini Etika Komitəsinə təqdim edib və yaxın 10 gündə onların hər birinə dair rəsmi qərar açıqlanacaq. Qeyd edək ki, FİFA prezidentliyinə seçkilər bu ilin may ayında baş tutacaq.