Azərbaycan kuboku uğrunda final matçının nominal meydan sahibi müəyyənləşib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu gün klub nümayəndələrinin iştirakı ilə keçirilən püşkatmada Qəbələ şəhər stadionunda baş tutacaq final oyununda “Qarabağ”ın meydan sahibi, “Neftçi”nin isə qonaq qismində iştirak edəcəyi məlum olub.Qeyd edək ki, final oyunu iyunun 3-ü, saat 20:00-da başlayacaq.