"Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub.
Qaziler.az Report-a istinadan xəbər verir ki , Şenol Günəşin baş məşqçisi olduğu komanda ardıcıl ikinci mövsüm qızıl medalları Super Liqada sona 1 tur qalmış təmin edib.XXXIII turda "Qaziantepspor"un qonağı olan "qara qartallar" 4:0 hesablı qələbəyə nail olub. Bununla da xallarını 74-ə çatdıran "Beşiktaş" ən yaxın izləyicisi "Başakşehirspor"u 4 xal geridə qoyub.
Qeyd edək ki, "Beşiktaş" 2017-2018 mövsümündə mübarizəyə birbaşa Çempionlar Liqasının qrup mərhələsindən başlayacaq.