“Qarabağ”ın 11 yaşadək futbolçulardan ibarət komandası Tbilisidə təşkil olunan Nodar Axalkatsinin xatirəsinə beynəlxalq turnirdə iştirak edir.
QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 2-dək davam edəcək yarışda komandamız “A” qrupunda Gürcüstanın “İveriya”, “Olimpik” və “Champion” klubları ilə qarşılaşacaq.
“Qarabağ” ilk oyununu “İveriya” komandasına qarşı keçirəcək. Görüşlər Tbilisi “Dinamo”su akademiyasının meydançalarında oynanılacaq.