Klopp: “İngiltərə klubları ilə maraqlanmıram“

Klopp: “İngiltərə klubları ilə maraqlanmıram“ backend

Mövsümün sonunda "Borussiya"dan ayrılacaq baş məşqçi Yurgen Klopp İngiltərə klublarından birini çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildiirb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis bu iddiaları təkzib edib. O bildirib ki, hazırda "Borussiya" ilə keçirəcəyi oyunları düşünür:

"Bütün diqqətimi oyunlara yönəltmişəm. İngiltərə klubları məni maraqlandırmır".

Qeyd edək ki, Y.Kloppla "Mançester Siti" və "Liverpul"un maraqlandığı iddia edilir.
Diaspora