Fransa polisi bu gün səhər PSJ-nin ofisi və komandanın futbolçuları Di Maria və Xavyer Pastorenin evində axtarış aparıb.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı futbolçular vergidən yayındığı üçün polis bu addımı atıb.Hər iki futbolçu imic hüquqlarının satışından əldə edilən pulların bir hissəsini vergi orqanlarından gizlədib.