Açılışa və bağlanışa xərclənən məbləğ açıqlandı

Açılışa və bağlanışa xərclənən məbləğ açıqlandı backend

İslam Həmrəyliyi Oyunlarının bağlanış oyunları ilə bağlı mətbuat konfransı keçirilir.

Qaziler.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirdə iştirak edən Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, tədbirin açılışına və bağlanışa birlikdə 20 milyon manat xərclənib.

Nazir yarışlar çərçivəsində Azərbaycana 59 ölkədən turist gəldiyini deyib:

“Ümumilikdə 360 min bilet satılıb və bilet satışından 3 milyon manat gəlir olub”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, idmançılarımızın 70 faizindən çoxu Bakı 2017-nin mükafatçılarıdır.
Diaspora