Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan Oyunların estafetini Türkiyəyə verib.
Trend-in məlumatına görə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul-2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib.