Yığmamız Polşadan 4 medalla qayıdır

Yığmamız Polşadan 4 medalla qayıdır backend

Polşanın Bielsko-Biala şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub. QAZİLƏR.AZ Milli.Az-a istinadən bildirir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb.


+90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məhəmməd Abdullayev yalnız final görüşündə məğlub olaraq, mötəbər turnirin gümüş medalını qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə bürünc medala sahib olub.

Qeyd edək ki, yarışın ilk günü Əli Əsgərzadə (50 kq) və Davud Abbaslı (60 kq) bürünc medal qazanıblar.

25 ölkədən 490 yeniyetmə cüdoçunun (284 oğlan, 206 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunurdu.
Diaspora