Azərbaycan İslam Oyunlarında medal sayına görə liderdir.
AzVision.az xəbər verir ki, idmançılarımızın qazandığı medalların sayı 134-ə çatıb.Medallardan 66-sı qızıl, 39-u gümüş, 29-u bürünc əyarlıdır. Siyahıda ikinci yeri tutan Türkiyə isə 65 qızıl, 58 gümüş, 49 bürünc olmaqla, ümumilikdə 172 medal əldə edib.
Qeyd edək ki, Azərbaycan idmançıları günü 10 medalla başa vurublar. Medallardan 3-ü qızıl, 4-ü gümüş, 3-ü isə bürüncdür.