İslamiada: Azərbaycan yığması birinci pilləyə yüksəlib

İslamiada: Azərbaycan yığması birinci pilləyə yüksəlib backend

Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 8-ci günündə 8 medal qazanıb.

Apasport.az saytının məlumatına görə, yığmamız 4 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Yelena Çebanu (paraatletika, 200 m), Mahir Əmiraslanov (sərbəst güləş, 57 kq), Nurmaqomed Hacıyev (sərbəst güləş, 97 kq) və Olqa Bıkovskaya (suyatullanma, 10 m platforma) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gümüş mükafata isə Jinq Ninq (stolüstü tennis, qadınlar) və Maqomed Müslimov (sərbəst güləş, 65 kq) yiyələniblər.

Miao Vanq (stolüstü tennis, qadınlar) və sinxron suyatullanma cütlüyü (3 m, Artyom Danilov, Dmitri Sorokin) bürünc medal qazanmağı bacarıblar.

Bununla da ümumi medal 124-ə çatıb. Bu mükafatların 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdü. Millimiz əvvəlki günlərlə müqayisədə az medal qazansa da, ümumi sıralamada liderliyi ələ alıb. Belə ki, yığmamız mükafatların əyarına görə tərtib olunan cədvəldə Türkiyəni arxada qoyub. 3-cü pillədə isə İran qərarlaşıb.

Ümumilikdə İslamiadada indiyədək 218 medal dəsti sahibini tapıb. İştirakçı ölkələrdən 25-i çempionluq, 36-sı mükafat sevinci yaşayıb.
Diaspora