Fevralın 5-də, yerli vaxtla saat 9-da (Bakı vaxtı ilə saat 12:00), İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
QAZİLƏR.AZ-ın AFFA-ya istinadla verdiyi məlumata görə, tədbirdə AFFA-nı baş katibin müavini Sərxan Hacıyev və Azərbaycan U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə təmsil edəcək. Komandaların püşk üçün səbətlərə bölgüsünü diqqətinizə çatdırırıq:A səbəti: İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa, Çexiya, Portuqaliya, Hollandiya, Danimarka
B səbəti: Rusiya, İsveçrə, İsveç, Serbiya, İsrail, Ukrayna, Slovakiya, Rumıniya, Belçika
C səbəti: Türkiyə, Sloveniya, Avstriya, Yunanıstan, Şotlandiya, Xorvatiya, Norveç, Ermənistan, Monteneqro
D səbəti: Finlandiya, Uels, Macarıstan, İslandiya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, İrlandiya, Belarus
E səbəti: Bolqarıstan, Kipr, Makedoniya, Litva, Azərbaycan, Qazaxıstan, Albaniya, Latviya, Estoniya
F səbəti: Farer adaları, Şimali İrlandiya, Lüksemburq, Malta, San Marino, Andorra, Lixtenşteyn