"Bavariya" növbəti ciddi itki ilə üzləşib.
Qol.Az-ın klubu "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, "Portu"ya qarşı Çempionar Liqasının 1/4 finalında keçirilən cavab qarşılaşmasında zədələnən Holqer Badştuperin durumunun ciddi olduğu müəyyənləşib. Onun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.Bu isə o deməkdir ki, alman müdafiəçi bu mövsümün qalan hissəsində oynaya bilməyəcək.