Azərbaycan İslamiadada 45-ci qızıl medalını qazandı

Azərbaycan İslamiadada 45-ci qızıl medalını qazandı backend

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 45-ci qızıl medalını qazanıb.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, taekvandoçumuz Patimat Abakarova (49 kq) finalda qazaxıstanlı Aynur Yesbergenova ilə qarşılaşıb.

Rəqibindən üstün olan idmançımız İslamiadanın qızıl medalına sahib olub - 14:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Diaspora