"Liverpul" yarımmüdafiəçisi Cordan Hendersonla müqavilə yeniləyib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ingilis futbolçu ilə 5 illik müqavilə imzalanıb.2020-ci ilə qədər "Liverpul"un şərəfini qoruyacaq Henderson deyib: "Danışıqlar uzun müddət idi ki, davam edirdi. Gələcəyimi bu komandaya bağlamağım əla oldu. Nəhayət ki, imzalar atıldı. Hazırda sevincimdən buludların üzərindəyəm".
Qeyd edək ki, 2011-ci ildə "Sanderlend"dən transfer olunan 24 yaşlı futbolçu keçirdiyi 133 oyunda 17 qol vurub.