Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma yarışının finalına yüksəlib.
Azadinform xəbər verir ki, təmsilçimizin göstəricisi 574 xal olub.Digər atıcılarımız Rəsul Məmmədov və Tahir Əhmədzadə təsnifat mərhələsində mübarizəni dayandırıblar.
Xatırladaq ki, R.Lunyov Bakı-2017-də kişilər arasında 25 m məsafədən tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında qızıl medal qazanıb.