Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən üzgüçü Maksim Şemberev daha bir qızıl medal qazanıb.
"Report"un məlumatına görə, Şemberev 400 metr məsafəyə fərdi kompleks yarışının qalibi olub.O, finişə 4 dəqiqə 16,56 saniyəyə çatıb. Gümüş medalı 4 dəqiqə 24,32 saniyə nəticə ilə türkiyəli Batuhan Hakan, bürünc medalı isə 4 dəqiqə 24,93 saniyə göstərici ilə indoneziyalı Aflah Pravira əldə edib.
Qeyd edək ki, Maksim Şemberev 1500 metr məsafəyə sərbəst üzmədə də qızıl medal qazanıb.