Azərbaycan paracüdoçusu Ramil Qasımov (73 kq) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda yarımfinalda mübarizəyə qoşulub.
Qaziler.az-ın Trend-in məlumatına görə, R.Qasımov tatamidə Türkiyə təmsilçisi Aydın Sərdar ilə qarşılaşıb.Paracüdoçumuz rəqibinə ipponla qalib gələrək finala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.