"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 2 çəki dərəcəsində paracüdoçuların mübarizəsinə yekun vurulub.
Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri günü 2 qızıl, 2 gümüş medalla başa vurublar.Hər iki çəkidə finalda eyni ölkənin cüdoçuları üz-üzə gəlib. 57 kq çəkidə final görüşündə Afaq Sultanova Sevda Vəliyevanı, 70 kq çəkidə isə Ramilə Kaştayeva Turanə Ağayevanı üstələyib.
Beləliklə, Azərbaycanın bu gün əldə etdiyi qızıl medalların sayı 10-a, gümüş medalları 9-a çatıb. 3 bürünc medalın da əldə olunduğunu nəzərə alsaq, bu gün 22 medal qazanılıb. Bu nəticə ilə Azərbaycan medal əyarında birinci yerdə gedir. Say baxımından isə Türkiyə 27 medalla (10 qızıl, 7 gümüş, 10 bürünc) liderdir.