Azərbaycanın karate üzrə milli komandası IV İslam Həmrəyliyi Oyunlarında 5 medal uğrunda mübarizə aparacaq.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, 55 kiloqramadək çəki dərəcəsində İlahə Qasımova finalda misirli idmançı Yassmin Attiya ilə yarışacaq. 61 kq-dək çəki dərəcəsində finalda Fəridə Abiyevanın rəqibi iranlı Rozita Əlipurkeşkaalesaad olacaq.50 kq-dək çəki dərəcəsində yarımfinalda məğlub olmuş Nuranə Əliyeva bürünc medal uğrunda indoneziyalı Srunita Sukatendellə qarşılaşacaq.
Kişilər arasında qızıl medal uğrunda görüşə Rafael Ağayev çıxacaq. 75 kq-dək çəki dərəcəsində onun rəqibi pakistanlı Qulam Sədi olacaq.
60 kiloqramadək çəki dərəcəsində isə Firdovsi Fərzəliyev bürünc medal uğrunda indoneziyalı idmançı Suryadi Suryadi ilə mübarizə aparacaq.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.