Kasilyasdan yeni rekord

Kasilyasdan yeni rekord backend

"Real"ın qapıçısı İker Kasilyas Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, təcrübəli qapıçı turnirdə 52-ci dəfə meydanı qol buraxmadan tərk edib.

"Atletiko" ilə 1/4 finalın cavab oyununda (1:0) qapısını toxunulmaz saxlayan Kasilyas "Mançester Yunayted"in sabiq qolkiperi Edvin van der Sarın rekordunu yeniləyib. Karyerasını başa vurmuş hollandiyalı qolkiperin "quru" oyunlar seriyası 51-ə bərabər idi. Kasilyas 52 oyundan 50-də 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Kasilyas həmçinin Çempionlar Liqasında ən çox oyun keçirmiş futbolçulardan biridir. 148 dəfə Avropanın mötəbər turnirində iştirak edən Kasilyas bu göstəricidə "Barselona"nın futbolçusu Xavi Hernandezlə birinci-ikinci pillələri bölüşür.
Diaspora