Təbriz komandası xorvatiyalını baş məşqçi gətirdi

Təbriz komandası xorvatiyalını baş məşqçi gətirdi backend

Təbrizin “Qostəreşe fulad” futbol klubunun icraçı direktoru 17-ci super liqa yarışlarında komandanın baş məşqçisinin təyin edilməsi haqqında qərar qəbul edib.


Axar.az xəbər verir ki, qərara əsasən xorvatiyalı məşhur baş məşqçi Luka Bonaçiç “Qostəreşe fulad”ın rəsmən baş məşqçisi təyin olunub. Bu, klubla baş məşqçi arasında əldə olunan razılıqdan və mayın 10-da imzalanan müqavilədən sonra baş verib.

2011-ci ildə də “Qostəreşe fulad”ın baş məşqçisi olan Luka Bonaçiçin gələn həftədən işə başlayacağı bildirilir.

16-cı super liqa yarışları başa çatdıqdan sonra Təbriz komandasının baş məşqçisi Fəraz Kamalvənd və klubun müdiri Qulamrza Səməndər tutduqları vəzifədən istefa veriblər, İdarə Heyəti Huşəng Nəsirzadəni klubun yeni müdiri kimi təqdim edib.
Diaspora