İngiltərənin "The Telegraph" qəzeti cari mövsüm Çempionlar Liqasının ən yaxşı futbolçularının siyahısını müəyyənləşdirib.
Qol.Az-ın məlumatına görə, siyahıda 20 futbolçu yer alıb."Barselona", "Atletiko" və "Monako" hərəyə 3 futbolçu ilə təmsil olunub. "Yuventus" və "Bavariya"dan iki, "Real", "Şaxtyor", "Portu", "Bayer" (Leverkuzen), "Mançester Siti", "Çelsi" və PSJ-dən isə bir futbolçu ən yaxşı 20 oyunçu sırasına düşməyi bacarıb.
Həmin futbolçuların seçimi zamanı onların turnirin qrup mərhələsi, eyni zamanda 1/8 və 1/4 final mərhələlərindəki çıxışları əsas götürülüb.
1. Kriştiano Ronaldo ("Real", Madrid)
2. Lionel Messi ("Barselona")
3. Luiz Adriano ("Şaxtyor", Donetsk)
4. Dieqo Qodin ("Atletiko", Madrid)
5. Neymar ("Barselona")
6. Karlos Tevez ("Yuventus")
7. Luiz Suares ("Barselona")
8. Tomas Müller ("Bavariya")
9. Corcio Kyellini ("Yuventus")
10. Robert Levandovski ("Bavariya")
11. Cekson Martinez ("Portu")
12. Joao Moutinyo ("Monako")
13. Mario Mandzukiç ("Atletiko", Madrid)
14. Geofrey Kondoqbiya ("Monako")
15. Serxio Aquero ("Mançester Siti")
16. Hakan Çalhanoğlu ("Bayer", Leverkuzen)
17. Koke ("Atletiko", Madrid)
18. Daniel Subaşiç ("Monako")
19. Edinson Kavani (PSJ)
20. Eden Hazard ("Çelsi")