Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi evlənməyə hazırlaşır.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 29 yaşlı oyunçu iyunun 30-u sevgilisi Antonelle Rokuçço ilə münasibətləri rəsmiləşdirəcək. Toy mərasimi Messinin doğulduğu Rosario şəhərində keçiriləcək.Qeyd edək ki, 2000-ci ildən birlikdə olan cütlüyün 4 yaşlı Tyaqo və 1 yaşlı Mateo adlı övladları var.