Rusiya və Ukrayna klubları Avropa Liqasının yarımfinalına vəsiqə qazansa, bu halda onlar püşkatma zamanı bir-birinə rəqib olmayacaqlar.
Qol.Az-ın xəbərinə görə, bu haqda UEFA-dan İTAR-TASS agentliyinə bildirilib.Qeyd edək ki, hələ bu mövsümün əvvəli qitənin ali futbol qurumu iki ölkə arasındakı siyasi gərginliklə əlaqədar milli və klub səviyyəsindəki komandaların bir-birinə rəqib olmaması ilə bağlı qərar verib.
UEFA-dan bildirilib ki, indiki halda Rusiya və Ukrayna klubları yalnız Avroliqanın final matçında qarşılaşa bilərlər.
Qeyd edək ki, final oyunu Polşanın Varşa şəhərində keçiriləcək.
Beləliklə, hazırda sözügedən yarışın 1/4 finalında mübarizəni davam etdirən “Zenit” (Rusiya), “Dinamo” və “Dnepr” (hər ikisi Ukrayna) yarımfinala çıxsa, o zaman ruslar “Napoli” – “Volfsburq” cütünün qalibi ilə, ukraynalılar isə bir-biri ilə qarşılaşacaq.
Avroliqanın püşkatması sabah keçiriləcək.