“Elazığspor“ Cavidi FİFA-ya şikayət etdi

“Elazığspor“ Cavidi FİFA-ya şikayət etdi backend

"Elazığspor" əsas komandadan uzaqlaşdırdığı azərbaycanlı futbolçu Cavid İmamverdiyevi FİFA-ya şikayət edib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun prezidenti Səlcuk Öztürk keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, C.İmamverdiyev "Elazığspor"u özbaşına tərk etdiyi üçün bu addımı atıblar.

S.Öztürkün sözlərinə görə, FİFA C.İmamverdiyevi həm cərimələyə, həm də bir illik transfer qadağası qoya bilər.
Diaspora