Azərbaycan kubokunun finalında "Qarabağ" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gələrək fəxri mükafata sahib çıxıb.
Bu münasibətlə mətbuat konfransı keçirən "Qarabağ"ın baş katibi Qurban Qurbanov bildirib: “Komandamı təbrik edirəm. Ağır mövsüm keçirdik. Ardıcıl üç mövsüm “qızıl dubl” etmək böyük arzu idi. Çox şükür, hər şey ürəyimizcə oldu. “Qəbələ”yə də təşəkkür edirəm. Yaxşı oyunlarımız oldu. Bugünkü matçdan razı qaldım. Komanda qələbə üçün hər şeyi etdi. Çox çalışıb uğurlarımızı davam etdirməyə çalışacağıq“.