Simeone: “Futbolçulardan narazı deyiləm“

Simeone: “Futbolçulardan narazı deyiləm“ backend

Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 finalında "Real"a 0:1 hesabı ilə uduzduqları matçı şərh edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, məğlubiyyətə baxmayaraq, yaxşı mübarizə apardıqlarını deyib:

"Serxio Ramosun yarımmüdafiədə oynayacağını bilirdim. Qarşılaşmanın ilk 10 dəqiqəsində bir qədər çətinlik çəkdik. Ancaq sonradan yaxşı oynadıq. Qalib gəlmək üçün əlimizdən gələni etdik. Futbolçularımdan narazı deyiləm. Komandamla fəxr edirəm".

Argentinalı mütəxəssis futbolçusu Arda Turanın ikinci sarı vərəqə aldığı epizod barədə də fikirlərini bildirib: "

"On nəfərlə qalana kimi oyun istədiyimiz kimi keçdi. Arda Turan meydandan qovulandan sonra matçın gedişatı dəyişdi. Ancaq həmin epizod haqda danışmağın daha mənası yoxdur. Çünki bu, nəticəni dəyişdirməyəcək".

D.Simeone onu da qeyd edib ki, çətin turnirdən yaxşı mübarizə apararaq vidalaşıblar: "Belə turnirdə bizim kimi oynamaq asan deyil. "Atletiko" klubunun rəhbərliyi mənə inanır. Bu klubda çalışmaq istəyən bir çox məşqçi var".

Rəqiblərini qələbə münasibəti ilə təbrik edən D.Simeone hazırda "Elçe"ya qarşı İspaniya La Liqasında keçiriləcək matçı düşündüklərini vurğulayıb.

Qeyd edək ki, "Atletiko" iki oyunun nəticəsinə (0:0, 0:1) əsasən ÇL-də mübarizəni dayandırıb.
Diaspora