"Qarabağ" artıq Bakıdadı. Qış fasiləsində Antalyaya təlim-məşq toplanışına yollanan komanda 21 günlük hazırlıqlarını başa vurub.
Yanvarın 31-də Ruminiya təmsilçisi "Tarqu Mureş"lə sonuncu yoxlama oyununa çıxan "Qarabağ" dünən Antalya-İstanbul-Bakı reysiylə vətənə qayıdıb.Baş məşqçi Qurban Qurbanov bu gün futbolçulara istirahət verib.
Sabahdan isə komanda Premyer Liqanın XX turunda qarşılaşacağı "Bakı" ilə oyunun hazırlıqlarına başlayacaq.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
