Qırğızıstan Futbol Federasiyasının prezidenti Semetey Sultanov Azərbaycanda səfərdədir.
"Report"un məlumatına görə, qonaq AFFA-nın infrastrukur və marketinq siyasəti ilə tanış olmaq istəyi ilə gəlib. S.Sultanov bu məqsədlə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşərək fikir mübadiləsi aparıb, O, Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində milli komandalar üçün inşa olunmuş təlim-məşq bazasında olub.