Qvardiolanın ardıcıl 6-cı yarımfinalı

Qvardiolanın ardıcıl 6-cı yarımfinalı backend

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında uğurlu seriyası ilə diqqət çəkir.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis baş məşqçi kimi ardıcıl 6-cı dəfə turnirin yarımfinalına yüksəlib.

Qvardiola bu uğuruna dünən 1/4 finalın "Portu" ilə cavab oyununda imza atıb. Evdə ilk oyundakı 1:3 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxan (6:1) 44 yaşlı mütəxəssisin komandası yarımfinalda oynamaq hüququ əldə edib.

Bu, Münhen təmsilçisinin ardıcıl 4-cü yarımfinalı olacaq. Qvardiola daha öncə 4 dəfə "Barselona", iki dəfə isə "Bavariya" ilə yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, "Bavariya"nın yarımfinaldakı rəqibi aprelin 24-də müəyyənləşəcək.
Diaspora