Almaniya və "Çelsi" komandasının hücumçusu Andre Şürle yeni komandaya transfer edilib.
Trend-in bazar ertəsi xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, 24 yaşlı futbolçu bundan sonra "Volfsburq"un uğurları üçün çalışacaq.Forvardın yeni klubla müqaviləsinin müddəti 2019-cu ilədəkdir. A.Şürle bir mövsümdə 6 milyon avro maaş alacaq. Qeyd edək, futbolçu "Çelsi"yə "Bayer"dən keçmişdi.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
