Bu mövsümün sonu Yaya Ture çıxış etdiyi "Mançester Siti"dən ayrılacaq.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə 32 yaşlı oyunçunun özü məlumat verib. O bildirib ki, yeni mövsümdən "Mançester Siti"də oynamayacaq.Y.Ture onu da qeyd edib ki, növbəti şərəfini qoruyacağı klub PSJ və ya İtaliya "İnter"i ola bilər.
Qeyd edək ki, Y.Ture 2010-cu ildən "Mançester Siti"nin şərəfini qoruyur.