Nigeriya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandanı yenidən Stefen Keşi çalışdıracaq.Son Afrika kubokunun seçmə mərhələsində uğursuz nəticə göstərən Keşini istefaya göndərən Nigeriya Futbol Federasiyası onu baş məşqçi vəzifəsinə qaytarmaq qərarına gəlib. 53 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Keşi "DÇ-2014"ün 1/8 finalında Fransaya 0:2 hesabı ilə məğlubiyyətdən sonra Nigeriya millisinin baş məşqçi vəzifəsindən istefa verdiyini açıqlasa da, onun qərarı federasiya tərəfindən qəbul edilməmişdi.