Qriqorçuk millini çalışdırmaqdan imtina edib

Qriqorçuk millini çalışdırmaqdan imtina edib backend

"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Latviya millisini çalışdırmaq üçün təklif alıbmış.

Qaziler.az bildirir ki, Qol.az-ın xəbərinə görə, bu barədə Latviya Futbol Federasiyasının baş katibi Yanis Mehetskis yerli mətbuata müsahibəsində deyib:

"Qriqorçuk klubda çalışmağın onun üçün daha rahat olduğunu əsas gətirərək təklifimizi qəbul etmədi ".

Qeyd edək ki, R. Qriqorçuk 2015-ci ildən "Qəbələ"nin çalışdırır.

Latviya Futbol Federasiya millinin baş məşqçisi vəzifəsinə 2011/12 mövsümündə “Bakı”nı çalışdırmış Aleksandr Starkovu gətirib.
Diaspora