"Yuventus" heyətinə yeni hücumçu qatdığını rəsmən elan edib.
Trend-in bazar ertəsi xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, "qoca sinyora" hücum xəttini Alessandro Matri ilə gücləndirir.30 yaşlı A.Matri "Cenoa"dan transfer edilib. Futbolçu mövsümün sonunadək "Yuventus"da icarə əsasında oynayacaq.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
