Bu gün Topaz Premyer Liqada 26-cı tura yekun vurulub və çempionun adı rəsmiləşib.
Qaziler.az bildirir ki, Qol.az-ın xəbərinə görə, günün ilk matçın Gəncədə keçirilib. Bu turda çempionluq şansı az da olsa qalan “Qəbələ” "Kəpəz"lə matçda gözlənilmədən uduzub – 0:2.Bu nəticə isə "Qarabağ"ın çempionluğu erkən bayram etməsinə imkan yaradıb. “Kəpəz” – “Qəbələ” oyunundan sonra Bakıda "İnter"lə üz-üzə gələn Ağdam klubu qalib gəlib və sona iki tur qalmış "Qəbələ" ilə xal fərqini 7-yə çatdırıb. Bununla da Qurban Qurbanovun komandası Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ardıcıl 4-cü çempionluğu bayram edib. Ümumilikdə isə bu, Ağdam klubunun 5-ci çempionluğu olub.
Topaz Premyer Liqası
26-cı tur
16 aprel (bazar)
18:30.“İnter” - “Qarabağ” - 0:3
Qol: Mahir Mədətov, 4, Dino Ndlovu, 54, 78
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
"İnter Arena"
16:00. “Kəpəz” - “Qəbələ” - 2:0
Qol: Julien Ebah, 70, Dario Federiko, 90+4
Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov
Gəncə şəhər stadionu
15 aprel (şənbə)
Neftçi” – AZAL - 4:0
Qollar: Zdenek Folbrext, 14, Daniel Soqavia, 17, İqnasio Herrera Fernandes, 35,Rəhman Hacıyev, 55
“Sumqayıt” – “Zirə” - 1:1
Qollar: Mirabdulla Abbasov, 83 (1:0), Milan Duriç, 90+4-pen (1:1)