Avropa Liqasının 1/4 final mərhələsininin cavab qarşılaşmaları üçün hakimlər təyinatları açıqlanıb.
Qol.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Zenit" - "Sevilya" matçını italiyalı Nikola Ritsolinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək."Dnepr" - "Brügge" oyunu isə ispaniyalı Alberto Undiano Mallenkoya həvalə olunub.
1/4 finalın digər görüşləri - "Fiorentina" - "Dinamo" (Kiyev) matçına isveçli Yonas Eriksson, "Napoli" - "Volfsburq" qarşılaşmasına isə türkiyəli Cüneyt Çakır təyinat alıb.
Qeyd edək ki, 1/4 finalın bütün cavab oyunları eyni gündə - aprelin 23-ü keçiriləcək.