Türkiyə futbol klubunun Fransadakı matçında ara qarışdı

Türkiyə futbol klubunun Fransadakı matçında ara qarışdı backend

Avropa Liqasının 1/4 final mərhələsində Fransada keçirilməli olan "Lion" - "Beşiktaş" oyununun başlaması yubanır.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, stadionda azarkeşlər arasında dava düşüb. "Lion" və Türkiyə təmsilçisi "Beşiktaş" azarkeşləri tribunalardan meydana axışıblar.

Tribunalardan meydana 2 minə yaxın azarkeş enib. "Lion"un prezidenti Jan-Mişel Aulas azarkeşləri sakitləşdirməyə çalışır.

TRT-1-dən verilən məlumatda tribunaya səs bombaları və məşəllərin atıldığı və bunun üzərinə tərəfdarların sahəyə endiyi bildirilib.
Diaspora